Главная > Manset / Dünya > Estoniya Rusiya ilə sərhəddə nəzarəti gücləndirib

Estoniya Rusiya ilə sərhəddə nəzarəti gücləndirib


8-08-2024, 12:08. Разместил: azadses
Estoniya hakimiyyəti Rusiya ilə sərhəddəki keçid məntəqələrində yoxlama standartlarını dəyişir.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, bundan sonra tam gömrük nəzarəti qüvvəyə minəcək. “Bu, Estoniya hakimiyyətinin fikrincə, Rusiya tərəfinə qarşı Qərbin sanksiyalarına əməl edilməməsinin qarşısını almaq üçün edilir.

Baltikyanı respublikanın Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış plan Rusiya istiqamətində sərhəddən keçən bütün insanların və malların tam gömrük nəzarətinə mərhələli keçidi nəzərdə tutur”, - məlumatda deyilir.

Estoniya Nazirlər Kabineti hesab edir ki, yeni tədbirlər son nəticədə ölkənin Rusiya ilə sərhədindən insanların axınını azalda bilər.

Tallinn Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına cavab olaraq Qərbin genişmiqyaslı anti-Rusiya sanksiyalarına qoşulub. Eyni zamanda rəsmilər Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərin uğursuzluğunu dəfələrlə etiraf ediblər.


Вернуться назад