Главная > Manset / Dünya > Rusiya ABŞ-la məhbus mübadiləsi ilə bağlı işləri davam etdirəcək
Rusiya ABŞ-la məhbus mübadiləsi ilə bağlı işləri davam etdirəcək5-08-2024, 10:29. Разместил: azadses |
“Amerikada həbsdə olan rusiyalıların maraqlarının müdafiəsi mütləq prioritet olaraq qalır”. “Report” xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə Rusiya Federasiyasının ABŞ-dakı baş konsulu Nadejda Şumova məlumat verib. Onun sözlərinə görə, 2008-ci ildən indiyədək dünyanın müxtəlif regionlarından ABŞ-a Rusiya vətəndaşlarının ekstradisiyası ilə bağlı 62 fakt qeydə alınıb: “Bizim əsas vəzifəmiz bütün rusiyalıların öz vətənlərinə qayıtmasını təmin etməkdir”. Diplomat xanım qeyd edib ki, onların bir çoxu üçüncü ölkələrdə Rusiya vətəndaşları üçün Vaşinqtonun “ovunun” qurbanı olub. Sonrakı məhbus mübadiləsinin aktiv müzakirəsi Rusiya və Qərb ölkələri arasında son razılaşma fonunda baş verir. Вернуться назад |