Главная > Manset / İqtisadiyyat > Nikkei indeksi ticarətin açılışında çöküb

Nikkei indeksi ticarətin açılışında çöküb


5-08-2024, 09:41. Разместил: azadses
Asiyanın ən böyük Tokio Birjasının kotirovkaları ticarətin açılışında çöküb.

“Report” xəbər verir ki, ticarətin açılışından sonra ilk yarım saat ərzində Yaponiyanın 225 aparıcı şirkətinin səhm qiymətlərindəki dalğalanmaları əks etdirən əsas Nikkei indeksi 5,65% azalaraq 33 882,33 bənd təşkil edib.

Yerli müşahidəçilərin fikrincə, investorların davranışına ABŞ əmək bazarı ilə bağlı mənfi məlumatlar təsir edib. Eniş keçən həftənin cümə günü kotirovkaların çökməsindən sonra davam edir. Nikkei iyul ayı üzrə zəif ABŞ sənaye statistikası fonunda 5.8% düşüb.

İnvestorlar qorxurlar ki, bu cür məlumatlar Amerika iqtisadiyyatında yavaşlamanın sübutudur. Kotirovkaların azalmasının digər amili milli valyutanın möhkəmlənməsidir ki, bu da iri ixracatçılar üçün əlverişsizdir. Bazar ertəsi məzənnə 1 dollar üçün təxminən 145,5 yen təşkil edir ki, bu da yanvarın ortalarından bəri ən aşağı səviyyədir.

Avqustun 2-də dərc edilən məlumatlara görə, Amerika iqtisadiyyatı iyul ayında cəmi 114 min iş yeri vəd verib. Nəticədə işsizlik səviyyəsi 4,3%-ə yüksəlib.


Вернуться назад