Главная > Manset / Cəmiyyət > Araşdırma: İllər keçdikcə insanın görünüşü onun adına uyğunlaşır

Araşdırma: İllər keçdikcə insanın görünüşü onun adına uyğunlaşır


5-08-2024, 08:00. Разместил: azadses
İllər keçdikcə insanın görünüşü onun adına uyğunlaşır .

“Report” xəbər verir ki, bunu PNAS jurnalında dərc olunan araşdırma göstərib.

Təcrübələrdə yüzlərlə könüllü iştirak edib. Onlara insanların fotoşəkilləri göstərilib və bir neçə variant arasından uyğun adlar seçmək xahiş olunub. Onlar əsasən böyüklərin fotoşəkillərinə baxaraq adları düzgün təxmin ediblər.

Elm adamları daha sonra texnologiyadan istifadə edərək insanların fotolarını təhlil ediblər. Məlum olub ki, adlar çox vaxt insanların görünüşünə oxşayır. Ancaq bu, yalnız böyüklərdə müşahidə edilib.

Bu məlumatlar göstərir ki, insanın xarici görünüşü onun adına uyğunlaşa bilir. Nəticədə, eyni adda olan insanlar tez-tez ümumi üz xüsusiyyətlərinə malik olur.

Bunu təsdiqləmək üçün elm adamları uşaqların fotoşəkillərini “yaşlandırıblar”. Yaranan görüntülər əsl böyüklərin fotoşəkilləri ilə qarışdırılıb və könüllülərə göstərilib. Onlar daha tez-tez böyüklərin adlarını süni yaşlılardan deyil, real fotoşəkillərdən düzgün təxmin ediblər.


Вернуться назад