Главная > Manset / İdman > Elnur Məmmədli: Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik

Elnur Məmmədli: Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik


4-08-2024, 09:41. Разместил: azadses
Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Ən böyük sevindirici hal odur ki, Fransanın Paris şəhərində Fransa xalqını, dövlətini himnimizi dinləməyə, bayrağımıza baxmağa vadar etdik. Bu, böyük bir uğurdur. Tarixdə ilk dəfədir ki, iki cüdoçumuz qızıl mükafat qazanıb. Bu uğurun arxasında Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, məşqçiləri, həkimlər var. Hamımız çiyin-çiyinə verib bu uğura nail olmuşuq”, – o qeyd edib.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar.


Вернуться назад