Главная > Manset / Dünya > KİV: İranın İsrailə yeni hücumu daha güclü və gözlənilməz ola bilər

KİV: İranın İsrailə yeni hücumu daha güclü və gözlənilməz ola bilər


3-08-2024, 12:09. Разместил: azadses
İranın İsrailə yeni hücumu apreldə olduğundan daha güclü və gözlənilməz ola bilər, çünki Tehran öz planları barədə heç kimə məlumat vermir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr bildirib ki, İran son dəfə yəhudi dövlətinə doğru 300-dən çox PUA və raket atıb. Lakin diplomatları əvvəlcədən xəbərdar edib. Nəticədə ABŞ və İsrailə hazırlaşmaq şansı əldə edib. Odur ki, atılan raketlərin əksəriyyəti tutulub. Bu dəfə İsrail və müttəfiqləri “vakum”da hərəkətə etməli olacaqlar.

“The Wall Street Journal”ın yazdığına görə, Yaxın Şərqdə eskalasiyanın qarşısını almağa çalışan amerikalı və ərəb diplomatları öldürülən HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və “Hizbullah”ın hərbi qanadının komandirlərindən biri Fuad Şokrun qisasını almağa hazırlaşan İran və “Hizbullah”ın qəzəbli susqunluğu ilə üzləşiblər.

Amerika administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsinin nəşrə verdiyi məlumata görə, Vaşinqton hələ də ehtiyatlı davranır. Zərbələrin isə yaxın günlərdə baş verməsi istisna deyil.

Bundan əvvəl Pentaqon İsraili qorumaq üçün Yaxın Şərqə əlavə qüvvələr, o cümlədən ballistik raketlərdən müdafiəni təmin edə bilən kreyserlər və esmineslər göndərdiyini açıqlamışdı.

ABŞ həmçinin əlavə yerüstü ballistik raket əleyhinə müdafiə sistemləri yerləşdirməyə hazırlaşır.


Вернуться назад