Главная > Manset / Şou biznes > Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?

Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?


2-08-2024, 15:19. Разместил: azadses
Hollivud aktyoru Ben Afflek və müğənni Cennifer Lopes boşanmaq üçün lazım olan bütün sənədləri hazırlayıblar.

Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə onların dostu məlumat verib.

Lopes və Afflekin dostu onların tezliklə ayrılıq barədə məlumat verəcəklərini bildirib.

"Onlar hazır olduqdan sonra bir-birilərini nə qədər sevdiklərini və nikahı qoruyub saxlamaq üçün necə mübarizə apardıqlarını ifadə etdikləri barədə birgə bəyanat yayacaqlar", - deyə mənbə izah edib.

Məşhur insayder bildirib ki, ərinin onun yubileyində 20.5 milyon dollarlıq yeni ev alması Cennifer Lopesin qəlbini qırıb. Mənbənin sözlərinə görə, Ben Afflekin hərəkəti onların müğənni ilə münasibətlərini tamamilə korlayıb, ona görə də indi boşanma qaçılmazdır.

"Düzünü desəm, nəticədə onlar kompromisə gələ bilmədilər. Onların arasında əvvəl olanlar keçdi və hər ikisi bununla barışıb", - deyə başqa mənbə nəşrə bildirib.


Вернуться назад