Главная > Manset / Dünya > "Deadpool & Wolverine"in gəliri yarım milyard dollara çatdı

"Deadpool & Wolverine"in gəliri yarım milyard dollara çatdı


1-08-2024, 12:07. Разместил: azadses
"Deadpool & Wolverine" filminin startı uğurlu alınıb.

Oxu.Az Box Office Mojo-ya istinadən xəbər verir ki, iki mutantdan bəhs edən film bütün dünya üzrə 26 iyulda baş tutan premyerasından ötən cəmi beş gün ərzində 500 milyon dollar toplayıb.

Gələn həftə filmin gəlirinin milyard dollara çatacağı gözlənilir.

Filmdə baş rolları Rayan Reynolds və Hyu Cekman ifa ediblər.


Вернуться назад