Главная > Manset / Dünya > FT: Aİ və ABŞ Həniyənin qətli ilə əlaqədar baş verə biləcək savaşı qabaqlamaq üçün danışıqlar aparıb

FT: Aİ və ABŞ Həniyənin qətli ilə əlaqədar baş verə biləcək savaşı qabaqlamaq üçün danışıqlar aparıb


1-08-2024, 09:39. Разместил: azadses
Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra regionda genişmiqyaslı müharibənin baş verməməsi üçün avropalı və amerikalı yüksəkranqlı diplomatlar Yaxın Şərqdə təcili danışıqlar aparıblar.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən bildirib.

Nəşrə görə, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora Tehranda “həyati əhəmiyyətli” danışıqlar aparıb, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk isə Səudiyyə Ərəbistanında olub.

Adıçəkilməyən rəsmilər qəzetə bildiriblər ki, müzakirələr İranı ya İsraili günahlandırdığı hücuma cavab verməməyə, ya da simvolik hərəkətlərlə məhdudlaşdırmağa inandırmaq üzərində qurulub. “Dünən gecədən bəri hamı Tehrana təzyiq edir ki, cavab verməsin və özünü saxlasın”, – danışıqlar prosesində iştirak edən Qərb diplomatı nəşrə açıqlayıb.

Xatırladaq ki, daha əvvəl “The New York Times” İranın Ali Rəhbəri Əli Xameneinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verdiyini bildirmişdi.


Вернуться назад