Главная > Manset / Dünya > Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 72 şübhəli saxlanılıb
Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 72 şübhəli saxlanılıb25-07-2024, 15:29. Разместил: azadses |
Türkiyənin 13 vilayətində İŞİD terror qruplaşmasına qarşı “Gürz-1” əməliyyatı keçirilib. “Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Ankara, Adana, Antalya, Çorum, Elazığ, Gaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzonda keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli saxlanılıb. Əməliyyat nəticəsində, həmçinin böyük həcmdə milli və xarici valyuta, eləcə də rəqəmsal vasitələr ələ keçirilib. Вернуться назад |