Главная > Manset / Dünya > WP: Məxfi Xidmət Trampa qapalı ərazilərdə mitinqlər keçirməyi tövsiyə edib
WP: Məxfi Xidmət Trampa qapalı ərazilərdə mitinqlər keçirməyi tövsiyə edib24-07-2024, 17:10. Разместил: azadses |
ABŞ Məxfi Xidməti Respublikaçı Donald Trampa sui-qəsd cəhdindən sonra ona mitinqləri müstəsna olaraq qapalı yerlərdə keçirməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Washington Post" məlumat yayıb. Nəşr yazıb ki, iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə sui-qəsd cəhdindən sonra Məxfi Xidmət əməkdaşları Trampa və onun kampaniyasına “təhlükəsizlik baxımından çoxlu sayda ziyarətçinin olduğu böyük mitinqlər və digər açıq hava tədbirləri təşkil etməyi dayandırmağı” tövsiyə ediblər. Nəşrin yazdığına görə, respublikaçının təşviqat qərargahı bir neçə min tamaşaçı qəbul edə biləcək “basketbol stadionları kimi qapalı məkanlar axtarır”. Tramp kampaniyası açıq havada mitinqlər keçirməyi planlaşdırmır. Вернуться назад |