Главная > Manset / Dünya > ABŞ terrorçu PKK/YPG üçün hava hücumundan müdafiə sistemləri göndərib
ABŞ terrorçu PKK/YPG üçün hava hücumundan müdafiə sistemləri göndərib23-07-2024, 18:04. Разместил: azadses |
ABŞ Suriyanın şimalında PKK/YPG terror təşkilatının nəzarətində olan ərazilərə hava hücumundan müdafiə sistemləri göndərib. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, ABŞ-nin göndərdiyi bu silahların əsas hissəsini AN/TWQ-1 Avenger qısamənzilli hava hücumundan müdafiə sistemləri təşkil edir. Qeyd olunub ki, Suriyanın şimal- şərqindəki Haseke bölgəsində müşahidə olunan yük maşınlarında, həmçinin zirehli avtomobillərdə 4-6 ədəd AN/TWQ-1 Avenger qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin olduğu barədə məlumat var. Вернуться назад |