Главная > Manset / Dünya > "Microsoft" qlobal nasazlığı həll etmək üçün bərpa aləti hazırlayıb
"Microsoft" qlobal nasazlığı həll etmək üçün bərpa aləti hazırlayıb22-07-2024, 08:00. Разместил: azadses |
"Microsoft" "CrowdStrike" proqram yeniləməsinin səbəb olduğu qlobal nasazlığı həll etmək üçün bərpa aləti hazırlayıb. “Report” "3dnews"a istinadən xəbər verir ki, bərpa aləti problemin həlli prosesini xeyli sadələşdirmək və sürətləndirmək üçün düzəldilib. Bərpa alətindən istifadə üçün şirkət ətraflı təlimatlar və zəruri şərtlərin siyahısını təqdim edib. Bunlara təsirə məruz qalan kompüterdə azı 8 GB boş yer, inzibatçı hüquqları, "BitLocker" bərpa açarı (şifrələməli kompüterlər üçün) və azı 1 GB tutumlu yüklənə bilən USB disk daxildir. Qeyd edək ki, iyulun 19-da “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda dünya üzrə “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunub. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib. Microsoft qlobal nasazlığın təxminən 8,5 milyon Windows cihazına təsir etdiyini açıqlayıb. Вернуться назад |