Главная > Manset / İdman > Azərbaycan millisi Avropa çempionatında bu gün İsveçrə ilə qarşılaşacaq

Azərbaycan millisi Avropa çempionatında bu gün İsveçrə ilə qarşılaşacaq


19-07-2024, 14:00. Разместил: azadses
Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.

"Report" xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsinin ilk oyununda İsveçrə ilə qarşılaşacaq.

Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparacaq.


Вернуться назад