Главная > Manset / İdman > Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti matçını keçirəcək
Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti matçını keçirəcək17-07-2024, 17:13. Разместил: azadses |
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxacaq. "Report" xəbər verir ki, B qrupunda yer alan ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda bu gün Niderland yığması ilə qarşılaşacaq. Rumıniyadakı "Pitesti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Qeyd edək ki, millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub. Вернуться назад |