Главная > Manset / Dünya > Ukrayna və Rusiya BƏƏ-nin vasitəçiliyi ilə məhbus mübadiləsi planlaşdırır

Ukrayna və Rusiya BƏƏ-nin vasitəçiliyi ilə məhbus mübadiləsi planlaşdırır


17-07-2024, 13:00. Разместил: azadses
İyulun 17-də Ukrayna və Rusiya BƏƏ-nin vasitəçiliyi ilə böyük məhbus mübadiləsi planlaşdırır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, mübadilə səhər saatlarında baş tutmalıdır.

Bunun bir hissəsi olaraq rus hərbçiləri tərəfindən əsir götürülən 90 ukraynalının azad edilməsi mümkün olacaq.

Ümumilikdə Ukrayna və Rusiya 180 məhbusu dəyişdirmək niyyətindədir.

Sözügedən mübadilə sayəsində bu il BƏƏ-nin vasitəçiliyi ilə dəyişdirilən məhbusların ümumi sayı təxminən 1400-ə çatacaq.


Вернуться назад