Главная > Manset / İqtisadiyyat > Cəlilabadda arpa və vələmir yığımı yekunlaşıb

Cəlilabadda arpa və vələmir yığımı yekunlaşıb


17-07-2024, 12:06. Разместил: azadses
Cəlilabad rayonunda arpa və vələmir yığımı yekunlaşıb.

Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Belə ki, 9 650 hektar arpa sahəsindən 25 902 ton məhsul toplanıb ki, hər hektara məhsuldarlıq 26,8 sentner təşkil edib.

Həmçinin 3 160 hektar vələmir sahəsindən 6 130 ton məhsul əldə olunub. Məhsuldarlıq hər hektara 19,4 sentner olub.

Hazırda rayon ərazisində buğda sahələrində isə biçin işləri davam edir.


Вернуться назад