Главная > Manset / Dünya > ABŞ Məxfi Xidmətinin rəhbəri Trampın işi üzrə ifadə verəcək

ABŞ Məxfi Xidmətinin rəhbəri Trampın işi üzrə ifadə verəcək


17-07-2024, 10:27. Разместил: azadses
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi Məxfi Xidmətin direktoru Kimberli Çitli 35-ci prezident Donald Trampın mitinqdə məruz qaldığı sui-qəsd cəhdinə görə təhlükəsizlik vəziyyəti ilə bağlı ifadə verməyə çağırmaq niyyətindədir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Çitl iyulun 22-də komitə iclasında iştirak edəcəyini təsdiqləsə də, ona çağırış vərəqəsi göndəriləcək. Direktor vəzifəsində olduğu müddətdə yaşanan bu hadisəyə görə Konqresə cavab verməlidir.

Bundan əvvəl ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.


Вернуться назад