Главная > Manset / Mədəniyyət > Bağçalara ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır

Bağçalara ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır


16-07-2024, 12:09. Разместил: azadses
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Report"a bildirilib ki, ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların növbəyə yazılma prosesi müxtəlif yaş qrupları üçün fərqli vaxtlarda aktiv ediləcək.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.


Вернуться назад