Главная > Manset / Dünya > Oman sahillərində neft tankeri çevrilib

Oman sahillərində neft tankeri çevrilib


16-07-2024, 08:53. Разместил: azadses
Komor adalarının bayrağı altında üzən neft tankeri Oman sularında qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Sultanlığın Müdafiə Nazirliyi yanında Dəniz Təhlükəsizliyi Mərkəzi sosial şəbəkədə məlumat yayıb.

“Komor adalarının bayrağı altında üzən neft tankeri Ras Madrakidən cənub-şərqdə 25 dəniz mili (təxminən 46 km - red.) məsafədəki Ed-Dukm bölgəsində çevrilib”, – paylaşımda qeyd olunub.

Rəsmilər axtarış-xilasetmə əməliyyatı aparır. Əlavə məlumat verilmir.


Вернуться назад