Главная > Manset / İqtisadiyyat > Çin bu il neft və qaz hasilatını artırsa da, kömür hasilatını azaldıb
Çin bu il neft və qaz hasilatını artırsa da, kömür hasilatını azaldıb15-07-2024, 11:17. Разместил: azadses |
Çinin neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər ilin birinci yarısında neft hasilatını 1,9% (107,05 milyon tonadək), təbii qaz hasilatını isə 6% (123,6 milyard kubmetrə qədər) artırıblar. “Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb. İyunda orta sutkalıq neft hasilatı 598 min tona, qaz hasilatı isə 670 milyon kubmetrə çatıb. Altı ay ərzində Çin neft emalı həcmini 0,4% azaldaraq, 360 milyon tona çatdırıb. Dərc edilmiş statistikaya əsasən, yanvar-iyun aylarında ölkəyə 275,48 milyon ton neft (azalma 2,3%) və 64,65 milyon ton təbii qaz (artım 14,3%) idxal edilib. Çin gömrük hesablamalarına görə, ölkə 2023-cü ildə neft idxalını 11% (563,99 milyon tona qədər), qazı 9,9% (119,97 milyon tona qədər) artırıb. Eyni zamanda yanvar-iyun aylarında kömür hasilatı da (linyit daxil olmaqla) illik müqayisədə 1,7% azalaraq 2,27 milyard tona çatıb. Təkcə iyun ayında bu rəqəm illik müqayisədə 3,6% artaraq 410 milyon ton təşkil edib. May ayı ilə müqayisədə 0,8 faiz bəndi azalıb. Ötən ay Çində kömür hasilatının orta həcmi sutkada 13,51 milyon tona çatıb. Altı ayda ölkə 250 milyon ton kömür idxal edib, xaricdən alışını keçən ilin eyni dövrü ilə müqayisədə 12,5% artırıb. Вернуться назад |