Главная > Manset / Dünya > Qəzzada müharibə nə vaxt bitəcək? - Netanyahudan açıqlama

Qəzzada müharibə nə vaxt bitəcək? - Netanyahudan açıqlama


14-07-2024, 17:42. Разместил: azadses
"İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatı Fələstinin radikal HƏMAS hərəkatının bütün silahlı birləşmələri tam məhv edilənədək davam etdirəcək".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu mövqeyi İsrailin Baş naziri Binyamin Netanyahu da təsdiqləyib.

"Çoxlarınız soruşursunuz ki, bu müharibə nə vaxt bitəcək. Cavabım aydın və birmənalıdır - o yalnız bütün məqsədlərimizə çatanda bitəcək. Qələbə boş söz deyil. Biz HƏMAS-ı məhv etdikdə qələbə əldə olunacaq", - deyə baş nazir mətbuat konfransında bildirib.


Вернуться назад