Главная > Manset / İdman > Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti sınağına çıxacaq

Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti sınağına çıxacaq


13-07-2024, 17:12. Разместил: azadses
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda bu gün növbəti matçına çıxacaq.

"Report" xəbər verir ki, B qrupunda qərarlaşan millinin növbəti sınağı Böyük Britaniyaya qarşı olacaq.

Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi milli Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Qeyd edək ki, seçməmiz dünən ilk oyun çərçivəsində Portuqaliyaya 34:90 hesabı ilə məğlub olub.


Вернуться назад