Главная > Manset / İdman > Avropa çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün Macarıstanla qarşılaşacaq
Avropa çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün Macarıstanla qarşılaşacaq12-07-2024, 16:17. Разместил: azadses |
Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq. "Report" xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu xorvatiyalı referi Yelena Pejkoviç idarə edəcək. Azərbaycan millisi 4 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Eyni xala malik Macarıstan yığması üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək. Вернуться назад |