Главная > Manset / Siyasət > ATƏT/DTİHB Аzərbaycanda parlament seçkiləri üçün iştirakçı ölkələrdən 300-dən çox müşahidəçi istəyib
ATƏT/DTİHB Аzərbaycanda parlament seçkiləri üçün iştirakçı ölkələrdən 300-dən çox müşahidəçi istəyib11-07-2024, 14:42. Разместил: azadses |
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iştirakçı ölkələrdən Azərbaycanda növbədənkənar parlament seçkiləri üçün 300-dən çox müşahidəçi istəyib. “Report”a bu barədə diplomatik mənbələrdən bildirilib. Məlumata görə, uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib. Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Вернуться назад |