Главная > Manset / Dünya > Filippin sahilində güclü zəlzələ olub
Filippin sahilində güclü zəlzələ olub11-07-2024, 10:29. Разместил: azadses |
Filippin sahilində 7,1 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Mindanao adasının Zamboanqa şəhərindən 148 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 621 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb. Вернуться назад |