Главная > Manset / Dünya > Bayden Ukraynanı Uranla səhv salıb

Bayden Ukraynanı Uranla səhv salıb


10-07-2024, 08:53. Разместил: azadses
ABŞ prezidenti Cozef Bayden Ukrayna barədə danışaraq Rusiyanın “Uran mədəniyyətini” məhv etmək istədiyini söyləyib.

“Report” xəbər verir ki, Vaşinqtonda keçirilən NATO sammitində çıxış edən Bayden deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı tamamilə özünə tabe etməkdən başqa heç nə istəmir.

“Rusiya lideri Ukrayna demokratiyasına son qoymağı və Uranın mədəniyyətini məhv etməyi planlaşdırır ”, – deyən ABŞ rəhbəri dərhal sözünü düzəldərək, Ukraynanı nəzərdə tutduğunu bildirib.


Вернуться назад