Главная > Manset / Dünya > KİV: NATO sualtı kabellərə hücumlar zamanı internetə çıxış yollarını axtarır

KİV: NATO sualtı kabellərə hücumlar zamanı internetə çıxış yollarını axtarır


9-07-2024, 08:00. Разместил: azadses
NATO Avropanın sualtı kabellərə hücumlar zamanı internetə çıxış üçün alternativ vasitələrin axtarışı ilə bağlı layihəsi dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilir ki, hücumlar və ya təbii fəlakətlər zamanı məlumatların sualtı kabellərdən peyk sistemlərinə problemsiz və fasiləsiz yönləndirilməsinə imkan verəcək layihənin hazırlanması 433 min avroya başa gəlib.

Məlumata görə, ümumi dəyəri 2,5 milyon dollar olan layihəni İslandiya, ABŞ, İsveç və İsveçrə alimləri hazırlayır.

Alyansın elmi proqramının rəhbəri layihənin bu yaxınlarda təsdiqləndiyini və onun icrasına yaxın vaxtlarda başlanılacağını təsdiqləyib.

Xatırladaq ki, aprelin 16-da NATO Birgə Dəniz Komandanlığının vitse-admiralı Didye Malter Avropa təhlükəsizliyinin asılı olduğu sualtı rabitə şəbəkəsinin son dərəcə həssas olduğunu bildirib.


Вернуться назад