Главная > Manset / Dünya > ABŞ Nigerin paytaxtındakı bazadan qoşunlarının çıxarılmasını başa çatdırıb

ABŞ Nigerin paytaxtındakı bazadan qoşunlarının çıxarılmasını başa çatdırıb


8-07-2024, 13:00. Разместил: azadses
ABŞ Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Amerika qüvvələrinin və texnikasının 101-ci Hərbi Hava Bazasından çıxarılması başa çatıb”, – məlumatda bildirilib.

Bundan əlavə, sentyabrın ortalarına qədər Pentaqon öz əsgərlərini Nigerin şimalındakı Aqades şəhərindən çıxarmalıdır. Qeyd olunub ki, 766 amerikalı hərbçi artıq Nigeri tərk edib.


Вернуться назад