Главная > Manset / Cəmiyyət > KİV: Siqaret yaddaş və düşüncə pozğunluğunu 85 % sürətləndirir

KİV: Siqaret yaddaş və düşüncə pozğunluğunu 85 % sürətləndirir


7-07-2024, 12:09. Разместил: azadses
Siqaret yaşa bağlı yaddaş və düşüncə pozğunluğunu 85 % sürətləndirir.

“Report” xəbər verir ki, bunu “Nature Communications” jurnalında dərc olunan araşdırma göstərib.

Məlumata görə, alimlər Avropanın 32 ölkəsindən 50 və ya daha yuxarı yaş olan 14 min insanın məlumatlarını təhlil ediblər: on il ərzində beyin fəaliyyətini qiymətləndirmək üçün bir neçə dəfə sağlamlıq, vərdişlər və testlər aparıblar.

Tədqiqatın nəticələrinə görə, siqaret çəkənlərdə yaddaş və düşüncə pozğunluğu 85 % daha sürətli idi, sağlam həyat tərzi keçirən, idmanla müntəzəm məşğul olan, orta dərəcədə spirtli içki qəbul edən və aktiv sosial həyat sürən siqaret çəkənlər istisna təşkil edib.

Nəşr bildirib ki, bu qrupda beynin pisləşmə sürəti siqaret çəkməyənlərin göstəriciləri ilə eyni olub.

Müəlliflər nəticələrə təsir edə biləcək bir sıra amilləri, o cümlədən yaş, cinsiyyət, ölkə, təhsil səviyyəsi, rifah və xroniki xəstəlikləri nəzərə alıblar.

Tədqiqatın müşahidə xarakteri daşıdığı və buna görə siqaret çəkmə ilə beynin sürətlənmiş yaşlanması arasındakı səbəb-nəticə əlaqəsini sübut etmədiyi bildirilir.


Вернуться назад