Главная > Manset > DİN-dən Kəramətlə bağlı - Açıqlama

DİN-dən Kəramətlə bağlı - Açıqlama


18-08-2020, 17:08. Разместил: azadses
Daxili İşlər Nazirliyi yazıçı Kəramət Böyükçölün saxlanılmasına münasibət bildirib.
DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək deyiblər ki, iki gündür həmin mənzildən səs-küy gəlir: 

"Bu hal qonşuları ciddi narahat edib. Onlardan biri bir dəfə qapını döyərək sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb. Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır".


Вернуться назад