Главная > Manset / Dünya > Rusiya BMT TŞ-də Yaxın Şərqdəki münaqişə ilə bağlı iclas keçirəcək
Rusiya BMT TŞ-də Yaxın Şərqdəki münaqişə ilə bağlı iclas keçirəcək1-07-2024, 18:02. Разместил: azadses |
Rusiyanın BMT-dəki daimi nümayənliyi Təhlükəsizlik Şurasında Yaxın Şərqdə davam edən münaqişəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirəcək. "Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza jurnalistlərə açıqlamasında deyib. Diplomat bildirib ki, iclas xarici işlər nazirləri səviyyəsində keçiriləcək və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasda iştirak edəcək: "İclasda müzakirələrin mərkəzində Qəzzada davam edən eskalasiya və onun fəlakətli nəticələri olacaq. Toplantı iki gün ərzində - iyulun 16 və 17-i tarixlərində baş tutacaq". Qeyd edək ki, iyul ayı ərzində Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Вернуться назад |