Главная > Manset / Dünya > Vatikan Günəşin enerjisinə qoşulur

Vatikan Günəşin enerjisinə qoşulur


1-07-2024, 14:43. Разместил: azadses
Roma Papası Vatikanı elektrik enerjisi ilə təmin etmək üçün yeni günəş elektrik stansiyasının yaradıldığını elan edib. "Qardaş Günəş" başlıqlı məktubda pontifikin planları öz əksini tapıb.

Papa Fransisk Vatikanın günəş enerjisi üzərində işləmək istədiyini deyərək bərpaolunan enerjinin vacibliyini önə çəkib. Bu məqsədə çatmaq üçün günəş panelləri Romadan kənarda, Vatikana məxsus ərazidə quraşdırılacaq. Yaranacaq enerji Vatikanın bütün elektrik ehtiyaclarını ödəyə biləcək.

Öz təşəbbüsü ilə göndərilən apostol məktubunda pontifik yazıb:

"İqlim neytrallığına çalışaraq, atmosferə istixana qazlarının emissiyalarını azaldan davamlı inkişaf modelinə doğru hərəkət etmək lazımdır".

Mənbə: euronews.com


Вернуться назад