Главная > Manset / Dünya > Rusiyada ölüm hökmü bərpa oluna bilər
Rusiyada ölüm hökmü bərpa oluna bilər29-06-2024, 18:09. Разместил: azadses |
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanının nəzərdən keçirilməsini təklif edib. Bu barədə İstintaq Komitəsinin sədri Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun plenar sessiyasında bildirib. O, ölkədə ağır cinayətlərin sayının artdığını qeyd edib və bununla bağlı ölüm hökmünün qaytarılması barədə düşünməyi təklif edib: "Biz ölüm cəzasına qoyulan moratoriumun aradan götürülməsi imkanlarını nəzərdən keçirməliyik. Bəzi hallarda bundan istifadə edilməlidir", - komitə rəhbəri bəyan edib. Eyni zamanda, A.Bastrıkin hesab edir ki, bunun üçün prezidentin fərmanı kifayətdir: "Bəzi ixtisaslı hüquqşünaslar mənə dedilər ki, Konstitusiyanın dəyişdirilməsinə ehtiyac var, referendum keçirilməlidir. Lakin hesab edirəm ki, ölüm cəzasına qoyulan moratoriumu sadəcə olaraq prezidentin fərmanı ilə aradan götürmək lazımdır", - o əlavə edib. Mənbə: interfaks.ru Вернуться назад |