Главная > Manset / İdman > Teymur Rəcəbov Moskvada ikinci pilləyə yüksəldi

Teymur Rəcəbov Moskvada ikinci pilləyə yüksəldi


29-06-2024, 16:29. Разместил: azadses
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada "Şahmat ulduzları" turnirində iştirak edir.

İdman.biz xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.

Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterina Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.

Qeyd edək ki, sabah rapiddə mübarizəyə yekun vurulacaq. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.

Teymur Rəcəbov

Вернуться назад