Главная > Manset / Dünya > Yaponiyanın valyutası rekord həddə düşüb
Yaponiyanın valyutası rekord həddə düşüb27-06-2024, 16:33. Разместил: azadses |
Yapon milli valyutası bir dollar üçün rekord həddə - 160,39 yenə düşüb. Məlumata görə, bu, 37 il üçün minimum dəyərdir. Sonuncu dəfə belə göstərici 1986-cı ilin dekabrında qeydə alınıb. Baş verənlərə səbəb kimi Yaponiya və Qərb ölkələrində inflyasiyanı yavaşlatmaq üçün qaldırılan uçot dərəcələri arasındakı fərq göstərilir. Yapon tənzimləyicisi öz növbəsində, iqtisadiyyatı aşağı faizlərlə stimullaşdırmağa çalışır. Nəticədə, Yen ilə olan aktivlər dollar və avro ilə ifadə olunanlardan daha az gəlirli olur. 2024-cü ilin mart ayının sonunda yen 1990-cı ildən bəri ən aşağı həddə - 1 dollar üçün 151,97 yenə düşüb. Bundan əvvəl Mərkəzi Bankın Rəhbərlər Şurasının üzvü Naoki Tamura Asiya ölkəsində əsas uçot dərəcəsinin tədricən artırılmasının tərəfdarı olduğunu bildirib. Mənbə: Lenta.ru Вернуться назад |