Главная > Manset / Dünya > Tokayev Putinə Dağıstandakı terror aktlarının araşdırılmasında yardım təklif edib
Tokayev Putinə Dağıstandakı terror aktlarının araşdırılmasında yardım təklif edib24-06-2024, 08:00. Разместил: azadses |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dağıstanda baş verən terror aktları ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib və Moskvaya hüquq-mühafizə orqanları vasitəsilə əməliyyat-istintaq fəaliyyətində köməklik təklif edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidmətinin bəyanatında deyilir. “Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir, BMT, ŞƏT və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır”, - bəyanatda deyilir. Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Baş verən terror aktları 15-dən çox polisin həyatına son qoyub. Вернуться назад |