Главная > Manset / Dünya > Elektrik xəttində baş verən yanğın bir neçə ölkəni işıqsız qoydu

Elektrik xəttində baş verən yanğın bir neçə ölkəni işıqsız qoydu


22-06-2024, 15:29. Разместил: azadses
"Monteneqro, Bosniya və Herseqovina həmçinin digər qonşu ölkələr elektrik xəttində baş verən yanğına görə demək olar ki, tamamilə işıqsız qalıblar".

Bu barədə yerli Avaz nəşri məlumat yayıb.

"Bütün elektrik enerjisi sistemi sıradan çıxıb, buna görə də su və istilik elektrik stansiyaları işləyə bilmir", - deyə məlumatda qeyd olunub.

Sosial şəbəkələrdə yerli seqmentdə də suyun olmadığı, internetin isə fasilələrlə işlədiyi bildirilib.


Вернуться назад