Главная > Manset / Dünya > Baydenin köməkçisi və NATO baş katibi Qərbin hərbi-sənaye kompleksini müzakirə ediblər
Baydenin köməkçisi və NATO baş katibi Qərbin hərbi-sənaye kompleksini müzakirə ediblər21-06-2024, 13:56. Разместил: azadses |
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və NATO-nun baş katibi Yens Stoltenberq görüşdə Qərbin hərbi-sənaye kompleksinin canlandırılması üzrə tədbirləri müzakirə ediblər. "Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumata əsasən, Sallivan və Stoltenberq NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə hazırlıq, o cümlədən müttəfiqlərin dayanıqlığının gücləndirilməsi və transatlantik müdafiə sənayesinin daha da canlandırılması barədə danışıblar. Onlar həmçinin Ukraynanın sarsılmaz dəstəyini vurğulayıblar. Görüşün dəqiq harada keçirildiyi açıqlanmır. Stoltenberq bundan əvvəl ABŞ-yə gəlmişdi. Qeyd edək ki, Stoltenberqin sədrliyi ilə iyulun 9-11-də ABŞ paytaxtında NATO-nun sammiti keçiriləcək. Вернуться назад |