Главная > Manset / Dünya > Tokayev qazax dilində televiziya proqramlarının həcminin 60 %-ə çatdırılmasını təsdiqləyib

Tokayev qazax dilində televiziya proqramlarının həcminin 60 %-ə çatdırılmasını təsdiqləyib


20-06-2024, 08:54. Разместил: azadses
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2027-ci ilə qədər qazax dilində televiziya və radio proqramlarının həcminin hazırkı 50 faizdən 60 faizə çatdırılmasını nəzərdə tutan KİV haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət dilində və yerli məzmunlu televiziya və radio proqramlarının yayımının həcminin 2025-ci ildən 55 faizə, 2027-ci ildən teleradio verilişlərinin ümumi həcminin 60 faizə çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, Qazaxıstan televiziya kanalları və radiolarının həftəlik yayım həcmində xarici televiziya və radio proqramlarının təkrar yayımının həcmində 20 faizdən 10 faizə qədər azalma olacaq. Həmçinin onlayn nəşrlərin və informasiya agentliklərinin vahid “internet nəşri” məfhumunda birləşdirilməsi nəzərdə tutulur. Onlayn nəşrlər kütləvi informasiya vasitələrinin növlərindən biri olacaq və qeydiyyatdan keçməlidir.


Вернуться назад