Главная > Manset / Dünya > Ekvadorda qəza səbəbindən elektrik verilişində kütləvi kəsintilər baş verib

Ekvadorda qəza səbəbindən elektrik verilişində kütləvi kəsintilər baş verib


20-06-2024, 08:00. Разместил: azadses
Ekvadorda elektrik verilişi xəttində baş vermiş qəza səbəbindən elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü nəqliyyat və ictimai işlər naziri Roberto Luke sosial şəbəkədə bildirib.

“Milli şəbəkə operatorunun hesabatına görə, elektrik verilişi xəttində nasazlıq yaranıb və nəticədə ölkə ərazisində elektrik enerjisi verilmir. Səlahiyyətlilər problemi aradan qaldırmaq üçün çalışır”, – o qeyd edib.

“El Universo” qəzetinin məlumatına görə, çərşənbə günü yerli vaxtla saat 15:00-dan (Bakı vaxtı ilə 00:00) sonra Ekvadorun müxtəlif şəhərlərindən elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərlər gəlməyə başlayıb. Paytaxt Kitoda işıqforun sıradan çıxması səbəbindən tıxac yaranıb. Ölkədə internet kəsintisi yaşanır.


Вернуться назад