Главная > Manset / Dünya > “Figaro”: Makronun düşərgəsi parlamentin buraxılmasından narahatdır, bəziləri yeni iş axtarır
“Figaro”: Makronun düşərgəsi parlamentin buraxılmasından narahatdır, bəziləri yeni iş axtarır19-06-2024, 13:56. Разместил: azadses |
Fransa prezidenti Emmanuel Makronun parlamentin aşağı palatası olan Milli Assambleyanı buraxmaq qərarı onun çevrəsində və ona sadiq siyasətçilər arasında “hökumətin sonu” ilə bağlı müzakirələrə səbəb olub, bəziləri isə məğlubiyyət halında artıq ehtiyat planlar hazırlayır. “Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti çoxsaylı mənbələrə istinadən məlumat yayıb. “Mən onu parlamenti buraxmağa aparan düşüncə prosesini başa düşürəm, o, sanki ona müdaxilə olunurmuş kimi hiss edirdi. Ancaq indi, Olimpiya Oyunları ərəfəsində bunu etmək dəhşətli bir qarışıqlıq yaratmaq və ifrat tərəfdarlara platforma vermək deməkdir”- deyə onun çoxdankı tərəfdarlarından biri bildirib. Qəzetin digər həmsöhbəti isə daha sərt olub və son uğursuzluqlar fonunda Makronun psixoloji durumunun tədricən pisləşməsinə işarə edib: “2022-ci il parlament seçkilərində cüzi məğlubiyyət altı aylıq depressiyaya səbəb oldu. Avropa seçkilərində sifətə vurulan böyük sillə ağır dekompensasiyaya səbəb oldu. Və bu seçkidə yenidən uduzsa, nə olacağını Allah bilir”, - deyə o bildirib. Вернуться назад |