Главная > Manset / Dünya > Türkiyədə mülk alan əcnəbilərin sayı AÇIQLANDI
Türkiyədə mülk alan əcnəbilərin sayı AÇIQLANDI14-06-2024, 15:33. Разместил: azadses |
May ayında Rusiya vətəndaşları Türkiyədə mənzil alan əcnəbilər arasında lider olublar. Türkiyənin Statistika İnstitutunun məlumatına görə, onlar 437 daşınmaz əmlak alıblar. Bu rəqəm rusların müvafiq olaraq 411 və 293 yaşayış obyekti aldığı mart və aprel ayları ilə müqayisədə daha yüksəkdir. May ayı üzrə rəsmi statistikaya görə, Türkiyədə mənzil alan əcnəbilər arasında İran vətəndaşları ikinci yerdə (207), Ukrayna vətəndaşları isə üçüncü yerdədirlər (171). Türkiyədə ev alqı-satqısı üzrə ilk üçlük bir il yarımdan çoxdur ki, dəyişməyib. Ümumilikdə may ayında əcnəbilərə 2064 mənzil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,8% azdır. May ayında əcnəbilərlə ən çox daşınmaz əmlak alqı-satqısı Antalyada (797), İstanbulda (668) və Rusiyanın Akkuyu atom elektrik stansiyasını tikdiyi Mersin vilayətində (164) qeydə alınıb. Türkiyədə may ayında ümumilikdə 110 588 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır. Satışlarda əcnəbi alıcıların çəkisi 1,9% təşkil edib. Mənbə: TASS Вернуться назад |