Главная > Manset / İdman > BOK 2025-2028-ci illərdə dopinqlə mübarizəyə 10 milyon dollar ayıracaq
BOK 2025-2028-ci illərdə dopinqlə mübarizəyə 10 milyon dollar ayıracaq13-06-2024, 09:42. Разместил: azadses |
Beynəlxalq Olimpiya Komitəsi (BOK) növbəti Olimpiya Oyunları zamanı dopinq testlərinin keçirilməsi üçün 10 milyon dollar ayıracaq. “Report” TASS-a istinadən xəbər verir ki, bunu BOK-un rəsmi nümayəndəsi Mark Adams deyib. "BOK növbəti olimpiadalar zamanı, yəni 2025-ci ildən 2028-ci ilə qədər Beynəlxalq Test Agentliyinin inkişafına əlavə dəstək vermək üçün 10 milyon dolları məbləğində yeni maliyyə vəsaiti ayırıb", - Adams deyib. Qeyd edək ki, bu lin Olimpiya Oyunları Parisdə iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Вернуться назад |