Главная > Manset / Dünya > G7-nin sammitində Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Kiyevə ötürülməsi müzakirə olunacaq
G7-nin sammitində Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Kiyevə ötürülməsi müzakirə olunacaq12-06-2024, 17:03. Разместил: azadses |
Yeddilik Qrupu (G7) İtaliyada keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya köçürülməsi üçün yeni addımları müzakirə edəcək. “Report” xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb. “Bu həftəsonu keçiriləcək G7 görüşü açıq şəkildə bizim Ukraynaya sadiq qalacağımızı göstərəcək. Biz Rusiya Prezidenti Vladimir Putinə zamanın onun tərəfində olmadığını və bizim Ukraynanın azadlıq uğrunda mübarizəsini dəstəklədiyimiz əsnada bizdən çox dayana bilməyəcəyini göstərmək üçün qətiyyətli addımlar atacağıq”, – o vurğulayıb. Kirbi bildirib ki, ABŞ Prezidenti Cozef Bayden Rusiya aktivlərinin “Ukraynanın yenidən qurulmasına kömək etmək” üçün istifadə olunmasından yana çıxış edəcək. O həmçinin G7-nin İtaliyada keçiriləcək sammitində Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarəti elan edəcəyini bəyan edib. Kirbinin sözlərinə görə, məhdudiyyətlər Rusiyaya Ukraynada müharibə aparmaq üçün lazım olanı əldə etməyə yardım edən “təşkilat və şəbəkələrə” təsir edəcək. “Məsələn, onlar maliyyə vasitəçilərinin Rusiyanın müdafiə sənayesi bazasını dəstəkləməsini çətinləşdirəcək və əsas sektorlarda gəlirləri daha da azaldacaq”, – Kirbi əlavə edib. Вернуться назад |