Главная > Manset / Dünya > Orban Avropa Parlamentinə seçkilərin nəticələrini dəyərləndirib

Orban Avropa Parlamentinə seçkilərin nəticələrini dəyərləndirib


11-06-2024, 13:54. Разместил: azadses
Avropa Parlamentinə (AP) seçkilərin nəticələri regionu növbəti müharibəyə aparan “qatarı yavaşlatmağa” imkan verdi.

“Report” xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “M1” telekanalına müsahibəsində deyib.

Hökumət başçısı qeyd edib ki, o, dəfələrlə Avropa Parlamentinə seçkiləri dünyanın silahlı qarşıdurmaya sürüşməsini ləngitmək və ya dayandırmaq imkanı adlandırıb. Bu həm ABŞ, həm də Avropa ölkələrinə aiddir.

“Əgər bu iki yarını bir araya gətirə bilməsək, bu sülh-müharibə yarışında qalib gələ bilməsək, tezliklə Avropada müharibəyə cəlb olunacağıq”.

O əlavə edib ki, nəticədə AP-yə seçkilər məhz onun planlaşdırdığı və istədiyi kimi başa çatıb: “Bunun sayəsində Avropa Birliyi müharibənin yaxınlaşmasını ləngidə bildi. Üstəlik, Fransada parlamentin buraxılması regiona müvafiq qatarı gəlişini tamamilə dayandırmaq imkanı verdi”.


Вернуться назад