Главная > Manset / Dünya > Britaniyaya gələn miqrantların sayına limit qoyula bilər
Britaniyaya gələn miqrantların sayına limit qoyula bilər11-06-2024, 08:49. Разместил: azadses |
“Qarşıdan gələn ildə Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası 2022-ci ilin sonunda rekord həddə - 764 min nəfərə çatan xalis miqrasiya nisbətini iki dəfə azaltmaq niyyətindədir”. “Report”un məlumatına görə, bunu Britaniya hökumətinin başçısı Rişi Sunak üç həftədən sonra keçiriləcək parlament seçkiləri ərəfəsində BBC yayım korporasiyasına müsahibəsində deyib. Onun sözlərinə görə, miqrasiyanı azaltmaq üçün indiyə qədər böyük və ən sərt islahatlar həyata keçirilib: “İndi proqnozlar göstərir ki, xalis miqrasiya təxminən 12 ay ərzində iki dəfə azalacaq. Bu ilin əvvəlindən verdiyimiz vizaların sayı artıq dörddə bir azalıb və bu, bizim düzgün yolda olduğumuzu göstərir. Yenidən seçilsək, hər il parlamentarilər tərəfindən təsdiqlənəcək qanunverici miqrasiya limiti tətbiq edəcəyik. Beləliklə, biz xalis miqrasiya nisbətini nəinki yarıya endirəcəyik, həm də onu hər il azaltmağa davam edəcəyik. Son aylarda Mühafizəkarlar hökuməti krallıqda işləmək və ya təhsil almaq istəyən əcnəbilərin ailə üzvləri üçün iş vizası və viza da daxil olmaqla bir neçə növ vizanın alınmasını xeyli çətinləşdirib”. Baş nazir bildirib ki, mühacirlərin ölkə iqtisadiyyatına əhəmiyyətli töhfəsinə baxmayaraq, ölkədə əhalinin həddindən artıq artımı səhiyyə xidmətinə əlavə yüklər qoyur. Вернуться назад |