Главная > Manset / İdman > Azərbaycan millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki oyun təqvimi açıqlanıb

Azərbaycan millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki oyun təqvimi açıqlanıb


7-06-2024, 15:29. Разместил: azadses
Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində iştirak edəcək Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol üzrə millilərinin oyun təqvimi açıqlanıb.

"Report" xəbər verir ki, turnirdə mübarizəyə ilk olaraq kişi basketbolçularımız start verəcək.

Komandamızın ilk olaraq Ermənistan millisi ilə qarşılaşacaq. Qadınlardan ibarət yığmanın ilk sınağı isə Malta seçməsinə qarşı olacaq.

Qeyd edək ki, təsnifat mərhələsi iyunun 8-dən 9-dək davam edəcək.

Oyunların təqvimini təqdim edirik:

8 iyun

11:30. Ermənistan - Azərbaycan (kişilər)
16:10. Azərbaycan - Kosova (kişilərə)
17:50. Azərbaycan - Malta (qadınlar)
19:40. Kipr - Azərbaycan (kişilər)
23:20. Azərbaycan - Lüksemburq (qadınlar)
23:45. Azərbaycan - Albaniya (kişilər)


Вернуться назад