Главная > Manset / Siyasət > Azərbaycan səfiri Kubanın turizm naziri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan səfiri Kubanın turizm naziri ilə əməkdaşlıq imkanlarını müzakirə edib7-06-2024, 11:15. Разместил: azadses |
Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev ada ölkəsinin turizm naziri Xuan Karlos Qarsiya Qranda ilə əməkdaşlıq imkanlarını müzakirə edib. “Report” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib. “Kubanın turizm naziri Zati-aliləri Xuan Karlos Qarsiya Qranda ilə görüşmək çox xoş oldu. Biz turizm sahəsində əməkdaşlıq imkanlarını, turizm agentlikləri arasında mübadiləni təşviq etmək və hər iki ölkədə keçirilən turizm yarmarkalarında iştirak imkanlarını müzakirə etdik”, – səfir qeyd edib. Kubalı nazir isə Azərbaycan səfiri ilə görüşdə “turizm əməkdaşlığının gücləndirilməsi yollarını” müzakirə etdiyini sosial şəbəkə hesabında yazıb. Вернуться назад |