Главная > Manset / Dünya > Çexiyada qatarlar toqquşub, ölənlər və yaralılar var

Çexiyada qatarlar toqquşub, ölənlər və yaralılar var


6-06-2024, 09:42. Разместил: azadses
Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “iDNES” portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bəzi yaralıların vəziyyəti ağırdır.

Hazırda hadisə yerinə axtarış-xilasetmə qrupları, 36 yanğınsöndürmə briqadası və helikopter cəlb olunub.

Çexiyanın daxili işlər naziri Vit Rakuşan və nəqliyyat naziri Martin Kupka hadisə yerinə gedib.


Вернуться назад